Portuqaliya yığmasının futbolçusu Joao Feliks DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyun (1:0) barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu Serbiya millisi ilə baş tutacaq oyun barədə danışarkən, millimizlə matçdan da söz açıb.
"Azərbaycanla oyunda saysız-hesabsız qol imkanımız oldu. Hədəf qalib gəlmək idi. Buna da nail olduq. Serbiya ilə oyunda qələbəyə ümid edirik. Rəqib açıq oyuna üstünlük verir. Bu isə bizə məqsədimizə çatmağa kömək edə bilər".
Qeyd edək ki, Portuqaliya martın 27-də Serbiya, martın 30-da isə Lüksemburqla qarşılaşacaq.