Futbol üzrə Moldova yığmasının DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, millinin yeni baş məşqçisi Roberto Bordin "Keşlə"nin qapıçısı Stanislav Namaşkoya da təklif göndərib.

"Neftçi"nin sabiq baş məşqçisi "Keşlə"nin digər moldovalı oyunçusu, Yevgeni Koçuku isə yığmaya çağırmayıb.

Qeyd edək ki, Moldova millisi martın 25-də evdə Farer adaları ilə qarşılaşacaq.