"Başakşəhər" klubundan ayrılan Robinyonun yeni klubu Braziliya təmsilçisi "Santos" olub.
Offsideplus.az xəbər verir ki, klub ilə 5 illik müqavilə bağlayan hücumçunun bu müddət ərzində aylıq maaşı 1500 braziliya realı ( 271 dollar) olacaq.
Karyerasına bu klubda başlayan Robinyo "Real Madrid", "Mançester Siti", "Milan", "Quançjou Everqrand", "Atletiko Mineyro" və "Sivasspor" klublarında çıxış edib.
Futbolçu 2019-cu ildə "Başakşəhər" klubuna transfer olub və bu il komandadan ayrılıb.