FİFA Olimpiya Oyunları ilə bağlı dəyişiklik edib.

Offsideplus.az xəbər verir ki, Dünyanın ali futbol qurumu turnirdə iştirak edən futbolçular üçün yaş limitini dəyişdirib. Oyunlarda 24 yaşadək oyunçular iştirak edə biləcək. Bu qərar yalnız Tokio-2020 Yay Olimpiya Oyunlarına şamil olunacaq.

Qeyd edək ki, Olimpiya Oyunlarında 23 yaşadək futbolçular oynaya, milli komandalar isə bu limitə uyğun gəlməyən üç oyunçudan yararlana bilərdilər.