Tokio-2020 Yay Olimpiya Oyunları vaxtında keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın baş naziri Sindzo Abe deyib.

Asiya ölkəsinin rəsmisi koronavirus epidemiyasının dünyanın bir çox ölkəsində yayılmasına baxmayaraq, Olimpiada planlaşdırıldığı kimi yayda baş tutacaq:

"İnfeksiyanın yayılmasının qarşısını alacağıq. Heç bir problem olmadan yarışlar keçiriləcək".

Qeyd edək ki, Olimpiya Oyunları 24 iyul-9 avqust tarixlərində baş tutacaq.