Ötən gecə "Santos" Braziliya A Seriyasında "Vasko"ya 0:6 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, Neymar biabırçı məğlubiyyətdən sonra meydanı göz yaşları içində tərk edib. 

O, oyundan sonra bu sözləri açıqlayıb:

"Biz çox bərbad idik. Bu, biabırçılıq idi. Azarkeşlərin söyməyə və təhqir etməyə haqqları var. Bu qəbulediləndir. Utanmış hiss edirəm. Belə bir şeyi həyatımda heç vaxt yaşamamışdım".