Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu 4 futbolçu ilə yollarını ayıracaq.
Offsideplus.az "Foot Mercato"ya istinadən xəbər verir ki, ərəb klubu Sadio Mane, Marselo Brozoviç, Otavio və Aymerik Laporte ilə vidalaşacaq.
Klubla müqaviləsinin müddəti başa çatan Kriştianu Ronaldu isə komandada qalmaq qərarına gəlib. Tərəflər arasında razılıq əldə edilib və yeni müqavilə imzalanacaq.
Kriştianu rəqabətə davamlı komandanın qurulması ilə əlaqədar "Əl Nəsr" rəhbərliyindən əminlik alıb. 40 yaşlı futbolçunun klubun yay transferlərində əsas rol oynayacaq şəxs olacağı bildirilir.
Qeyd edək ki, portuqaliyalı ulduz 2023-cü ildən "Əl Nəsr"in formasını geyinir.