Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Avropa çempionatının I seçmə mərhələsində ikinci qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, İspaniyanın El Puerto de Santa Maria şəhərində keçirilən matçda yığmamız Belçikanı 11:2 hesabı ilə üstələyib.

Komandamızın heyətində  Ramil Əliyev (3), Comərd Baxşəliyev (2), Amid Nəzərov, Orxan Məmmədov, Kamil Hüseynov, Elşad Manafov, Bayram Bayramlı və Sahib Məmmədov fərqləniblər.

Həmvətənlərimiz dünən İngiltərəyə qalib gəlmişdilər - 5:4.

Sabah son tur çərçivəsində yığmamız Litva ilə qüvvvəsini sınayacaq.