“Qəbələ”dən ayrılan İsnik Alimi Rumıniya klubu ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi karyerasını “Sepsi”də davam etdirəcək.
Rumıniya təmsilçisi rəsmi saytı vasitəsilə 29 yaşlı oyunçu ilə münasibətlərin rəsmiləşdiyini açıqlayıb.
2021-ci ildən indiyə qədər “Qəbələ”də çıxış edən İsnik Alimi ötən mövsüm Premyer Liqada 34 oyun keçirib, aktivinə 9 qol yazdırıb.



