"Öz oyunmuzu göstərməyə çalışacağıq".
Bu sözləri Offsideplus.az-açıqlamasında "Şamaxı"nın futbolçusu Kərim Diniyev deyib.
O, 26-cı turda "Sumqayıt"a 2:0 uduzduqları oyun haqda bunları danışıb:
"Sumqayıt"a məğlubiyyət bizə də qəribə gəlir. 90 dəqiqə ərzində üstünlük bizim tərəfdə idi, amma qol epizodlarından yararlana bilmədik. Buna görə çox məyusuq".
Diniyev növbəti turda qarşılaşacaqları "Qəbələ" ilə oyun barədə də fikirlərini bildirib:
"Düzdür, bu oyun rəqib üçün də çox vacibdir. Çünki avrokuboklara getmək istəyirlər. Amma biz buna önəm verməyəcəyik. Şamaxıda bizə çox güclü dəstək olacaq. Azarkeşlərimizi sevindirmək istəyirik"
28 yaşlı müdafiəçi ona başqa klublardan təklifin gəlib-gəlmədiyi haqda da danışıb:
"Nə yalan deyim, təklif gəlməyib. Özümü reklam etməyimin mənası yoxdur".
Cavid Əliyev



