Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışda iştirak edən idmançını yarışdan kənarlaşdırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb həmin şəxsin Olimpiya kəndini özbaşına və səbəbsiz tərk etməsidir. Adı və təmsil etdiyi ölkə açıqlanmayan həmin idmançının akkreditasiyası ləğv edilib. Sözügedən şəxs Olimpiya kəndindən də kənarlaşdırılıb. Onun şəhərin görməli yerlərini gəzmək üçün belə addım atdığı bildirilir.

Pandemiya səbəbilə iştirakçılara ciddi məhdudiyyətlər tətbiq edilir. Onların əsassız şəkildə Olimpiya kəndindən uzaqlaşmasına, şəhər əhalisi ilə təmasda olmasına icazə verilmir.