AFFA təmsilçiləri Albaniyanın Tirana şəhərində təşkil edilən "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" regional seminarında iştirak ediblər.

Offsideplus.az xəbər verir ki, tədbirdə assosiasiyanın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – şöbə rəisi Seymur Səlimli, baş mütəxəssis Aynur Abdullayeva və aparıcı mütəxəssis Nərmin Sidaliyeva təmsil olunublar.

Seminarda bir sıra mühüm məsələlər ətrafında müzakirələr aparılıb: UEFA-nın çoxklublu mülkiyyətə dair tələbləri və onların icra mexanizmləri, Avropa futbolundakı mövcud vəziyyət; yerli səviyyədə maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabatlılıq prinsipləri; UEFA həmrəylik mexanizmi və klubların lisenziyalaşdırılması qaydaları.