Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Offsideplus.az xəbər verir ki, İirina 68 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, finalda Eda Eltemuru (Türkiyə) 5:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycanı 67 kq çəki dərəcəsində təmsil edən Nuran Rzazadə 1/16 finalda Abdul Vaxab Raşidova (Özbəkistan) məğlub olub.



