Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Avstriyanın Leybnits şəhərində beynəlxalq təlim-məşq toplanışını başa vurublar.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədilə baş tutan təlim düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib. 

Cüdoçularımızın növbəti təlim-məşq toplanışı 10–15 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək.