Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi İsmayıllı İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “VII Ağıl Oyunları Festivalı” layihəsinin final mərhələsinə yekun vurulub.

Final mərhələsini giriş sözü ilə açıq elan edən Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı iştirakçıları salamlayaraq intellektual oyunların gənclərin asudə vaxtının səmərəli təşkilində və onların inkişafında önəmli rolunu vurğulayıb. Azad Manaflı belə yarışların ənənə halını almasının vacibliyindən danışıb və bu il anadilli intellekt hərəkatının 25 illik yubiley ili olduğu üçün bu tip intellektual yarışlar bu il daha çox təşkil ediləcəkdir.

Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən tələbələrdən ibarət  20 komanda vəsiqə qazanıb. Final mərhələsi ali təhsil ocaqlarından olan komandalar üçün maraqlı və gərgin intellekt mübarizəsi ilə yadda qalıb.

Turnirdə Elmidar Süleymansoyun baş redaktorluğu ilə tərtib edilmiş suallardan ibarət sual paketi oynanılıb. Üç turdan ibarət olan yarışın qalibi “6 Angry Mens” komandası və müvafiq olaraq II və III yerə isə “Veritas” və “Hiphoprat” komandaları yiyələnib. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.