Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) ilə Hindistanın "STAG GLOBAL" şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Offsideplus.az ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən adıçəkilən şirkət yaxın 4 il əzrində stolüstü tennis üzrə milli komandaları geyim dəstləri və avadanlıqla təmin edəcək.

Müqaviləyə ASTF-dən baş katib Könül Mikayilova, "STAG GLOBAL"dan isə şirkətin rəhbəri Vivek Kohli imza atıb.

ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi imzalanma mərasimində tərəflər arasında səmərəli əməkdaşlıqla bağlı təkliflər irəli sürulüb, görüləcək işlər barədə müzakirələr aparılıb.