Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 4 medal qazanıblar.

Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) fəxri kürsünün ən yüksək pilləsəinə qalxıblar.

Leyla Əliyeva (48 kq) və Günel Həsənli (70 kq) is bürünc medala layiq görülüb.

Azərbaycan yığması 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.