Minifutbol üzrə ölkə çempionatında 11-ci tur yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, 11-ci turun mərkəzi qarşılaşmasında ötən ilin çempionu “Birbaşa Bakı”, hazırda turnir cədvəlinin lideri “Zirə” ilə görüşüb. Gərgin və maraqlı keçən oyunda 2:2 hesabı qeydə alınıb. “Zirə”dən Pərviz Qaraxanov və Seymur Məmmədov fərqlənib. “Birbaşa Bakı”dan isə qolları İlkin Qəribli ilə Elvin Əlizadə vurub.
“İdman” TV ilə canlı yayımlanan digər görüşdə isə “Odlar Yurdu” komandası “Bakı” kollektivinə 2:1 hesabıyla qalib gəlib.
Turun digər oyunlarında “Zəngəzur” , “Veteran” , “Qalaksi Şuşa”, “Xəzər”, “Real” Bakı komandaları rəqiblərinə qalib gəliblər. “Aznur” – “AS Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 3:3.
Bu nəticələrdən sonra “Zirə” liderliyini davam etdirir.
12-ci turun oyunları fevralın 18-21 də keçiriləcək.