Minifutbol üzrə ölkə çempionatında 5-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, “İdman” Tv ilə canlı yayımlanan oyunlarda “Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ”, “Sumqayıt”, “Real” (Bakı), “Dinamo” (Gəncə), “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar.

Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.

Növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.

1672233473 320970974 402833052035252 1941512533094685959 n

1672233558 321298232 1173158846926494 2920761357487976918 n