Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubunun yeni transferi Səba Səlimi xeyirxah addımı ilə diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, pandemiyaya görə, ölkəmizdə qadınlar arasında çempionata fasilə verilməsi səbəbindən vətəni İranda olan 23 yaşlı futbolçu bu günlərdə "Nesim" televiziyasının "Shootball" verilişində qonaq olub.
Belə ki, Səlimi, həmin proqram vasitəsilə Pakistanın Bəlucistan vilayətində yaşayan Şaki adlı gənci sevindirib.
Uşaq yaşlarından valideynlərini itirən Şaki fotoqrafçılığa böyük maraq göstərdiyindən, Səba Səlimi ona ən son model fotoaparat bağışlayıb.
"Shootball" verilişində təşkil olunan ad günü mərasimində həmin gəncə fotoaparat hədiyyə edilib.
Futbolçunun bu jesti İranın Sərdar Azmun, Əli Kərimi kimi tanınmış futbolçuları tərəfindən də rəğbətlə qarşılanıb.
Bundan əlavə Səlimi, Şaki adlı gəncə bu gündən sonra da dəstək olacağını bildirib.