Lotereya oyunlarında dəfələrlə böyük uduşlar qazanmaq beynəlxalq təcrübədə qeyri-adi qarşılanmır. Lotereyanın əslində şans oyunu olduğunu başa düşmək vacibdir. Hər biletin qazanmaq üçün bərabər şansı var və təkrarlanan uğur sırf bəxt məsələsidir. Bunu dərk etməklə lotereya oyunlarının əsl mahiyyətini və onların gətirdiyi əsl həyəcanı qiymətləndirmək olar.
Məsələn, 72 yaşlı Peggy Dodson Pensilvaniyada mağazadan aldığı “Max-a-Million” lotereya biletindən 1 milyon dollarlıq cekpot qazansa da, böyük uduşdan iki il əvvəl 100 000 dollar uduşlu lotereyanın da qalibi olub.
Bundan əlavə, dünya təcrübəsinə nəzər yetirsək, iki dəfə fərdi danışıq kartları ilə 10 milyon dollarlıq böyük mükafat qazanan Bruklin sakini Ueyn Mürreyi misal göstərmək olar.
Bənzər hallara Azərbaycanın lotereya tarixində də rast gəlinir. Məsələn, Xaçmaz sakini Kamran Məmmədsəidovun ölkənin qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya”dan 2 dəfə böyük uduş qazanması (913 000 AZN və 100 000 AZN), eləcə də Zaqataladan olan İlqar Müslümovun “Uğurlu 7” “Poz-Qazan” oyunundan 50 000 və 10 000 manat böyük uduş qazanması faktları təsadüfi və danılmazdır.
Bu yaxınlarda isə “Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyasının birinci tirajında Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paket qazanan Sərxan İslamovun həm də Misli-nin bundan əvvəlki “Sürprizlər Mövsümü” lotereyasında da “Audio Q7” avtomobilini qazanması şansın insanın üzünə təkrar gülə biləcəyini sübut edir.
Nəzərə almaq lazımdır ki, əvvəllər lotereyada udmaq gələcəkdə lotereya qazanmaq şansını yaxşılaşdırmır və ya azaltmır. İkiqat lotereya uduşları şansın gözlənilməzliyinin sübutudur və hər kəsin bir dəfədən çox bəxtəvər ola biləcəyini göstərir.