"Şamaxı" klubu bu gün Antalya hazırlığı çərçivəsində sonuncu yoxlama matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, "şirlər" Serbiyanın "Napredak" klubu ilə üz-üzə gəlib. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə baş çatıb.
"Napredak" hazırda Serbiya Superliqasında 19 xalla 19 komanda arasında 10-cu yerdədir.
Qeyd edək ki. "Şamaxı" ilk yoxlama oyununda Qazaxıstan "Kaysar"ı ilə qolsuz heç-heçə edib. Rumıniyanın "Botaşani" klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.