İsveç millisinin hücumçusu Aleksandr İsak 2022-ci ilin sonuna qədər oynaya bilməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi İngiltərənin “Nyukasl” komandasının baş məşqçisi Eddi Hou məlumat verib. 

Baş məşqçi, İsakın DÇ-2022-dən əvvəl geri qayıtmasının mümkünsüz olduğunu deyib. 

Qeyd edək ki, İsak 2022-ci ilin avqustunda “Real Sosyedad”dan “Nyukasl”a keçib. 23 yaşlı isveçli futbolçu İngiltərə klubunda 3 matçda 2 qol vurub.