Azərbaycan yığma komandası və "Qrasshopper"in futbolçusu Renat Dadaşov klubun rəsmi saytına müsahibə verib. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı hücumçu Azərbaycan millisinin formasını geyinməsindən söz açıb. 

"Azərbaycan mədəniyyəti ilə böyümüşəm. Almaniyada yaşamışıq, lakin evimizdə həmişə Azərbaycan yeməyi olub, rus dilində danışmışıq. Valideynlərimin gəldiyi ölkə üçün oynamaq mənim uşaqlıq xəyalım olub. Qardaşım da Azərbaycan millisinin üzvüdür. Onunla birgə milli komandada oynayanda, bunun möhtəşəm olduğunu düşündüm. Azərbaycan millisinə əlimdən gələni verməyə çalışacam. İstərdim ki, bir gün Dünya Çempionatı və ya Avropa Çempionatına vəsiqə qazanaq. Məqsədimiz budur. Bunun üçün çalışırıq, görək, gələcəkdə nələr olacaq".

Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin iyul ayında "Vulverhempton"dan "Qrasshopper"ə transfer olunub.