DÇ-2022-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Portuqaliya matçının (0:3) sonlarında maraqlı anlar yaşanıb.
Offsideplus.az xəbər verir ki, bir neçə azarkeş meydançaya daxil olub. Onlar Portuqaliyanın "Mançester Yunayted"də çıxış edən ulduzu Bruno Fernandeşlə şəkil çəkdirməyə cəhd ediblər.
Azarkeşlər bunu oyunun final fiti səslənən zaman da həyata keçirməyə çalışıblar. Lakin Bakı Olimpiya Stadionunun (BOS) mühafizə xidməti buna imkan verməyib.