DÇ-2022-nin seçmə mərhələsində dünən baş tutan Xorvatiya - Kipr oyunu ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, görüşdə yeganə qolun müəllifi 40-cı dəqiqədə fərqlənən Mario Pasaliç olub. Luka Modriç isə milli ilə 135-ci oyununa çıxaraq yeni rekord qırıb. 35 yaşlı yarımmüdafiəçi bununla da Xorvatiya yığma komandasında ən çox oyun keçirən Dariyo Srnanı geridə qoyub.
Qeyd edək ki, Modriç milli karyerasında ilk oyuna 2006-cı ilin 1 martında çıxıb.
Oyunun icmalını təqdim edirik: