Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kabo-Verde millisi Kamerunla qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin də iştirak etdiyi oyunda komandası Kameruna 3:1 hesabı ilə qalib gəlib. 28 yaşlı yarımmüdafiəçi start heyətdə yer alıb və 71-ci dəqiqədə - komandası hesabda 3:1 öndə olarkən meydanı tərk edib.

Qeyd edək ki, Kabo-Verdenin növbəti matçı martın 30-u Mozambikə qarşı olacaq. "Zirə"nin futbolçusu Klesio Bauk rəqib komandanın heyətində forma geyinəcək.