Çexiya 2-ci divizionunda 20-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlilərimiz Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb.

Komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Fərid də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Nəbiyev 34-cü dəqiqəqə sarı vərəqə ilə də cəzalanıb. Samir Qurbanov isə bu görüşün iştirakçısı olmayıb.