Yay "transfer pəncərə"sində  "Qremio"da icarədən dönən və "Fənərbağça" ilə müqaviləsinə xitam verilən futbolçuyla İngiltərə təmsilçisi maraqlanır.

Offsideplus.az xəbər verir ki, Joao Pedronu Çempionşipdə mübarizə aparan "Hull Siti" heyətinə cəlb etmək istəyir. Bu barədə "Hull Live" məlumat yayıb.

İstanbul nəhəngində gözlənilən performansı göstərə bilməyən 32 yaşlı oyunçu ilə klub arasında transfer görüşünün gerçəkləşdiyi bildirilib. Komandanın "1+1" illik müqavilə təklif etdiyi qeyd olunub.

2022/23 mövsümündə "Kalyari"dən 4.68 milyon avroya transfer edilən italiyalı Türkiyə Super Liqasında meydana çıxıdığı 20 matçda 4 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.