Hakim telefondan mübahisəli epizodun videosunu izləyərək 11 metrlik nöqtəni göstərdi.
Offsideplus.az xəbər verir ki, "Eskişehirspor" - "Edremit Belediyespor" arasında baş tutan yoxlama oyununda maraqlı hadisə baş verib.
Belə ki, matçın 77-ci dəqiqəsində hakim əllə oyunla bağlı qərarsız qalıb. Kənardan görüşü videoya çəkən "Edremit Belediyespor"un əməkdaşı görüntüləri hakimə təqdim edib. O da izlədikdən sonra digər komandanın qapısına penalti təyin edib.
11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən komanda hesabda 2:1 önə keçib. Qarşılaşma bu nəticə ilə başa çatıb. Yaşanan maraqlı hadisə hər iki klubun futbolçularını və texniki heyəti tərəfindən gülüşlə qarşılanıb.