Çexiya çempionatlarında 2019/20 mövsümü bu gün bərpa olunub.
Offsideplus.az xəbər verir ki, 2-ci liqada mübarizə aparan “Viktoriya” (Jijkov) da növbəti oyununa çıxıb.
Azərbaycanlı futbolçular - Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi sözügedən klub 18-ci tur çərçivəsində səfərdə “Vitkoviçe” ilə üz-üzə gəlib. Jijkov klubu fasilədən sonrakı ilk oyunundan qələbə ilə ayrılıb - 1:0.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici heyətdə oynayan Samirin adı isə bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.