Qonşu İranda kişi paltarında futbol oyununa getdiyinə görə 6 ay həbs cəzası alan qız vəfat edib.
Offsideplus.az xəbər verir ki, mart ayında 6 aylıq həbs cəzası alan və bu qərara qarşı etirazını özünü yandırmaqla bildirən iranlı qızın öldüyü deyilir. Təxminən 10 gün reanimasiyada qalan "Mavi qız" ləqəbli fanatın öldüyü bildirilib.
Qeyd edək ki, həbs cəzasının ədalətsiz olduğunu düşünənlərin reaksiyası ilə iranlı qız uzun müddət gündəmdə olub.