APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a evdə 1:2 uduzmasının səbəb olduğunu göstərib.
Xatırladaq ki, P.Trametsani 2018-ci ildən APOEL-i çalışdırırdı.
“Qarabağ”la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir. 53 yaşlı Dollun sonuncu iş yeri Almaniyanın “Hannover” klubu olub.