"Qarabağ" - "Ayaks" oyununa saatlar qalıb.

Offsideplus.az xəbər verir ki, Ağdam klubu bu görüşə Kadi və Abbas Hüseynovdan yararlana bilməyəcək.

Heyətdən sonradan əlavə edilən Joni Montielin də əsas heyətdə olacağı gözlənilmir. O, sonradan meydana daxil ola bilər.

"Ayaks" isə 6 itki ilə Bakıya gəlib. Təcrübəli hücumçu Vaut Veqorst, Yosip Şutalo, Ceyms Makkonnel, Kennet Teylor, Cerald Alders və Steven Berqeys bu görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, ötən ilki oyunda Veqorst və K. Teylor fərqlənməyi bacarmışdı. Həmin görüşdə Amsterdam klubu 3:0 hesabı ilə qalib gəlmişdi.

"Qarabağ" - "Ayaks" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.