"Qarabağ" Çempionlar Liqasının VI turunda bu gün "Ayaks"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, görüş Azərbaycanda İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Oyunu əvvəldən CBC Sport kanalının yayımlayacağı gözlənilirdi. Lakin sonradan bu dəyişilib.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.