"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, rəqib keçmiş günlərindən uzaq olsa da, böyük tarixi olan "Ayaks"dır.

Ağdam təmsilçisi bu görüşdə qələbə qazanarsa, növbəti mərhələyə çıxmaq üçün böyük addım atacaq.

Kadi və Abbas Hüseynovdan başqa Qurban Qurbanovun komandasında itki yoxdur.

"Ayaks" ilk 5 oyunun hamısında məğlub olmuşdu.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

21:45. "Qarabağ" (Azərbaycan) 2:4 "Ayaks" (Niderland) (Yekun nəticə)
Qol:
Kamilo Duran (10'), Kasper Dolberq (39'), Mateus Silva (47'), Oskar Qlok (79'), Anton Qae (82'), Oskar Qlok (90')

Heyətlər:

“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Abdullah Zubir (k), Emmanuel Addai, Kamilo Duran

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Dani Montyel, Conatan Montiel, Dani Bolt, Oleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Bədavi Hüseynov

 

“Ayaks”: Yaroş, Qoey, Bauvman, Yuri Baas (k), Lukas Rosa, Mokyo, İtakura, Steur, Qlux, Dolberq, Moro

Ehtiyat heyət: Heerkens, Pasveer,Veyndal, Reqeer, Qodts, Evardsen,Klassen, Konadu, Van del Boomen, Fist-Djim, Bunida, Van de Lans

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)

VAR: Matej Juq (Sloveniya)

AVAR: Alen Borosak (Sloveniya)

Tofiq Bəhramov adına Respublika stadionu