"Liverpul"un baş məşqçisi Arne Slot "Qalatasaray"la oyunu unuda bilmir.
Offsideplus.az xəbər verir ki, o, "sarı-qırmızılar"ın penalti qazandığı epizoda toxunub:
"Qalatasaray" matçında penalti zamanı rəqib oyunçu (Barış Alper Yılmaz) elə yıxıldı ki, sanki həyatının ən pis zərbəsini alıb. Hakim də penalti təyin etdi".
Qeyd edək ki, "Qalatasaray" "Liverpul"u 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu penaltidən Viktor Osimhen vurub.



