"Qarabağ" Çempionlar Liqasında növbəti zəfərini qazanıb.
Ağdam təmsilçisi bu dəfə "Kopenhagen"i məğlubiyyətə uğradıb - 2:0.
Hər oyundan sonra Qurban Qurbanovun komandası daha çox xarici medianın diqqətini cəlb edir.
Bu dəfə önə çıxanları sizin üçün təqdim edirik:
1. BBC - "Qarabağ" “Kopenhagen”i məğlub edərək, Çempionlar Liqasında ardıcıl qələbə qazanan ilk Azərbaycan komandası oldu
2. Məşhur "Eurofoot" şəbəkəsi - Onlar Qurban Qurbanovun 2008-ci ildən "Qarabağ"da işləməyini önə çıxarıb: "İlk dəfə 2017-ci ildə Çempionlar Liqasında iştirak edən komanda bu mövsümə 2 oyunda 2 qələbə ilə başlayıb".
3. "Bleacher Report" nəşri də "Qarabağ"dan yazıb: "Qarabağ" Çempionlar Liqasına 2-də 2 ilə başladı"
4. CNA (ChannelNewsAsia) - "Qarabağ" əla startını davam etdirib
5. THESTRAITSTIMES - "Qarabağ" "Kopenhagen"i məğlub etdi.jpg?1759385266427)
6. "433" portalı da həmişə olduğu kimi "Qarabağ"ı unutmayıb - "Artıq onların 6 xalı var"
Ruslar da "Qarabağ"dan yazıb.
"Sports.ru" - "Lissabondakı geridönüşdən sonra bu dəfə də "Kopenhagen" məğlub edildi. "Qarabağ" turnir cədvəlində 4-cü yerdədir"
"Çempionat.com" - "Qarabağ" Çempionlar Liqasında tarix yazmağa davam edir"

Ən çox isə həmişəki kimi türklər bizdən yazıb:

.jpg?1759385804038)

.jpg?1759385771461)




