"Qarabağ" və "Şkendiya" arasındakı cavab qarşılaşmasının başlamağına az qalıb.
Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 25 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ağdam təmsilçisi bu mərhələni adlayarsa, pley-off mərhələsində "Ferentsvaroş" - "Ludoqorets" cütünün qalibi ilə oynayacaq.
Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.



