"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı məğlub etməyi Azərbaycana daha 0.250 reytinq xalı qazandırıb.
Offsideplus.az xəbər verir ki, Kiyev "Dinamo"sun evində "Pafos"a (Kipr) məğlub olmağı Azərbaycanla Ukraynanı daha da yaxınlaşdırıb.
Hazırda ölkəmiz 19 min xalla 28-ci yerdədir. Ukraynadan cəmi 0.225 xal geri qalırıq.
Qeyd edək ki, sabah daha 2 təmsilçimiz meydana çıxacaq. "Sabah" və "Araz-Naxçıvan" ölkəmizin reytinqini daha da artıra bilər.



