"Danışmaq çox çətindir. Bu, təhqirdir. Səfərdə çox yaxşı çıxış etmişdik. Ancaq evdə bunu təkrarlaya bilmədik".

Offsideplus.az xəbər verir ki, bu sözləri PSJ-nin kapitanı Tiaqo Silva Çempionlar Liqasının 1/8 finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Matçdan əvvəl danışdığımız kimi olmadı. Yaxşı sürət yığmışdıq, ancaq hər şey bu mərhələdə başa çatdı. Bu gün bizdə heç nə alınmadı. Azarkeşlərdən bizi bağışlamağı xahiş edirəm".