Raj Kojuk: “Bura qədər gəlməyimiz də böyük uğurdur”
Offsideplus.az xəbər verir ki, bu sözləri “Hapoel Beer-Şeva”nın baş məşqçisi Ran Kojuk “Sabah”la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Çalışdırıcı qarşılaşmanın asan keçmədiyini bildirib: “Asan oyun olmadı. Hər oyunun öz çətinliyi var. Şans məsələsi özünü göstərdi. Ciddi hazırlıq bundan sonra da lazımdır. Məşqləri davam etdirmək mütləqdir”.
Komandasında çatışmazlıqların olub-olmaması ilə bağlı suala cavab verən Kojuk deyib: “Deməzdim ki, çatışmazlıq oldu. Bunların hamısı oyunda baş verən normal proseslərdir”.
Mikel Viterin zədələnməsi və qol epizodları barədə danışan baş məşqçi bunların futbolun bir hissəsi olduğunu vurğulayıb: “Bunlar normal hallardır. Zədə də, qırmızı vərəqə də, buraxılan qol da”.
Kojuk gələcək planlarından da söz açıb: “Komandamız gələcəkdə də gücünü qoruyub saxlayacaq. Nəticə ürəkaçan deyil. Amma dayanmaq lazım deyil. Yaxşı anlardan da danışa bilərik. Bura qədər gəlməyimiz də böyük uğurdur”.
Baş məşqçi komandanın bu mərhələyə qədər gəlib çıxmasını yüksək qiymətləndirib: “İdarəçiliyimiz yüksək səviyyədə olub. Oyunçularıma güvənmişəm. Bura qədər gəlib çıxmışıq. Çətin və məsuliyyətli yoldur. Bütün cəhdlərimizi birləşdirsək, daha uğurlu ola bilərik”.
Zlatanoviçin oyundakı cəhdləri ilə bağlı suala isə belə cavab verib: “Bütün oyunçular eyni nəticə üçün çalışırdılar. Əlimizdən gələni etməliyik ki, formada qalaq”.
Kojuk fikirlərini mübarizənin vacibliyini vurğulayaraq yekunlaşdırıb: “Mübarizə aparmayan qalib gələ bilməz. Həmişə demişəm ki, mən və komandam əlimizdən gələni edəcəyik. Çempionlar Liqasına yüksəlməsək də, yaxşı nəticəyə nail olduq”.


