Çempionlar Liqasının 3-cü təsnifat mərhələsondə “Orhus” “Sabah”a məğlub oldu - 0:4..
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Orhus”un çalışdırıcısı Yakob Poulsen media önünə çıxıb.
Gənc çalışdırıcı oyun, xüsusi ilə ikinci hissə haqda fikirlərini bildirib:
“Çox böyük səhvlər etdik. Topu rəqibə verdik. “Sabah” kimi rəqibə qarşı topsuz oynayanda belə olur”.
“Benfika” ilə Avropa Liqasındakı oyun barədə:
“Benfika” püşkdəki ən güclü rəqibdir. Çempionatda oyunumuz var. O matça köklənəcəyik. Ondan sonra “Benfika” haqda danışa bilərik”.
“Sabah”ın bir hissədə 4 qol vurması haqqında:
“Bir hissəyə 4 qol buraxmağı gözləmirdik. Bu səhvlərimizin ucbatından oldu. “Sabah” pley-offa layiq idi. İlk oyunda da bunu göstərirdi”.


