"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı keçirilən cavab oyunundan (2:3) sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının mövsüm boyu göstərdiyi mübarizədən razı qaldığını vurğulayıb.
Qurbanov futbolçuların xarakter nümayiş etdirdiyini və psixoloji çətinliyə rəğmən oyundan qopmadıqlarını bildirib. Həmçinin hər iki komandanın azarkeşlərinə dəstəyə görə təşəkkür edib.
O, qeyd edib ki, İngiltərə klublarına qarşı oynamaq böyük təcrübədir. O, müasir futbolun artıq bir elm kimi inkişaf etdiyini, infrastruktur və bərpa məsələlərində Avropadan geri qaldığımızı etiraf edib.
Rəqibin fiziki üstünlüyünə görə beşli müdafiə sisteminə üstünlük verdiyini deyən mütəxəssis, standart vəziyyətlərdən buraxılan qolları rəqibin fərdi keyfiyyəti və müasir futbolun struktur tələbləri ilə əlaqələndirib.
Təcrübəli mütəxəssis sonda bunları deyib:
"Komanda bu marafondan fiziki və mənəvi cəhətdən yorğun çıxsa da, toparlanaraq növbəti illərdə daha uğurlu nəticələr üçün çalışacaqlar.
Biz həmişə cəsarətli oynamağa çalışmışıq və bunu bacardıq. Bu turnir bizim üçün böyük dərs və unudulmaz təcrübə oldu".



