UEFA Çempionlar Liqasında 1/16 finalın cavab oyunları çərçivəsində ilk günün oyunları başa çatdı.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 4 oyun baş tutdu.
"Atletiko Madrid" 4-1 "Bruj"
Ümumi hesab: 7-4
İspaniya təmsilçisi güclü performansla 1/8 finala yüksəlib.
"Bayer Leverkuzen" 0-0 "Olimpiakos"
Ümumi hesab: 2-0
Alman klubu ilk oyundakı üstünlüyü qoruyaraq mərhələ adlayıb.
"İnter" 1-2 "Budo/Qlimt"
Ümumi hesab: 2-5
Norveç sensasiyası – Budo/Qlimt ümumi hesabda “İnter”i turnirdən kənarlaşdırıb.
"Nyukasl" 3-2 "Qarabağ"
Ümumi hesab: 9-3
“Qarabağ” səfərdə də uduzaraq Çempionlar Liqası ilə vidalaşıb.


