"Nyukasl" - "Qarabağ" oyunu bu gecə baş tutacaq.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk qarşılaşmadakı nəticədən sonra hər iki komandanın bu oyuna rotasiya ilə çıxacağı gözlənilir.

Təmsilçimiz Bakıya yaxşı nəticə ilə qayıtmağa çalışacaq.

Ağdam klubunda bu görüş öncəsi ciddi itki yoxdur. Sadəcə Sami Mmae əsas heyətdən uzaqlaşdırılıb və bu gecəki matçda iştirak etməyəcək.

"Sağsağanlar"da Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft zədəsinə görə təmsilçimizə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, ilk qarşılaşmada "Nyukasl" 6:1 hesablı qələbə qazanıb.