UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu və ən kritik oyununda "Qarabağ" bu gecə İngiltərədə "Liverpul"un qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq bu qarşılaşma hər iki komandanın pley-off taleyini həll edəcək.
Turnir cədvəlində 18-ci pillədə qərarlaşan "köhlən atlar"ın bu çətin səfərdən əldə edəcəyi hər bir xal onları növbəti mərhələyə bir addım da yaxınlaşdıra bilər.
Ağdam təmsilçisi böyükhesabla məğlub olmasa, böyük ehtimal növbəti mərhələdə olacaq.
"Qarabağ"ın pley-off yüksəlmə şansı 95 faiz olaraq qiymətləndirilir.


