"Bavariya" yayda sol vinger transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Münhen klubunun bu mövqe üçün maraqlandığı futbolçulardan biri Rafael Leaodur. Leaonun "Milan"la 2028-ci ilin yayına qədər müqaviləsi var.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Namizədlərdən biri də "Brayton"da çıxış edən Kaoru Mitomadır.
"Bavariya" başa çatan mövsümü Bundesliqada çempion kimi başa vurub. Çempionlar Liqasında isə 1/4 finalda mübarizəni dayandırıb.