"Bavariya" ingiltərəli müdafiəçisi Erik Dayerlə müqavilə uzatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Münhen klubu təcrübəli müdafiəçinin bu yay başa çatacaq sözləşməsini daha bir il artıracaq.
Dayer 2024-cü ilin yanvarından "Bavariya"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.