Zədə səbəbindən fərdi məşqlərə davam edən Mahir Emreli gələn aydan etibarən “Nürnberq”lə komanda məşqlərinə qoşulacaq.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçu yığmaların beynəlxalq matçlarından sonra sentyabr ayında heyətlə birgə məşq edə biləcək. Bu barədə "Bild" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Mahir II Bundesliqa klubu “Nürnberq” ilə 1+1 illik müqavilə bağlayıb.